canlı çəpər (ağaclardan və kollardan ibarət sıx hasar)

a hedge * живая изгородь
canlara dəyən adamdır
canlı dil
OBASTAN VİKİ
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Çəpər (Zəncan)
Çəpər — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Ətraf bölgəsinin Çaypara kəndistanında, Zəncan şəhərindən 30 km şimal-qərbdədir.
Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.
Sıx qarağac
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Sıx dovşanalması
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii şəraitdə Çinin qərb rayonlarında bitir. 1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir.
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Hasar (Xoy)
Hasar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (64 ailə).
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Yaxşı hasar
Yaxşı hasar (ivr. ‏הגדר הטובה‏‎, Ha-Qader Ha-Tova, ərəb. السياج الجيد‎, əs-Siyəc əl-Cəyid) — 1978-ci ildə Cənubi Livan münaqişəsindən sonrakı dövrdə (Livanda vətəndaş müharibəsi zamanı) İsrailin Livan ilə 80 mil (130 km) uzunluğunda olan şimal sərhədinə aid edilən termin. O zaman Livanın cənubuna Azad Livan Dövləti (1978–1984) və daha sonra Cənubi Livan təhlükəsizlik kəməri administrasiyası formasında maruni xristian milisləri və Cənubi Livan Ordusu nəzarət edirdi. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından 1970-ci ilə qədər İsrailin Livanla sərhədi sakit formada qalmışdı.Odur ki, hətta İsrailin Metula şəhərindən olan fermerlər Livanın daxilindəki Əyun vadisində torpaqlarını əkinçiliklə məşğul olurdular. 1970-ci ildə baş tutan Qara sentyabrda İordaniyadan qovulduqdan sonra FAT Livanın cənubuna nəzarəti ələ keçirməyə və regionda hökm sürən əmin-amanlığı pozmağa başlamışdı. "Yaxşı hasar"ın başlanğıcı 1976-cı ildə Livanda vətəndaş müharibəsinin başlaması və İsrailin Livanın cənubunda üstünlük təşkil edən maruni milislərinə Fələstin Azadlıq Təşkilatı ilə döyüşdə dəstəyi ilə üst-üstə düşür. 1977-ci ildən İsrail marunilərə və onların müttəfiqlərinə İsraildə iş tapmağa icazə vermiş, məhsullarının İsrailin liman şəhəri Hayfa vasitəsilə ixracına kömək etmişdir. Məhsulların və işçilərin keçdiyi əsas sərhəd keçidi Metula yaxınlığındakı Fatimə darvazası idi. Bu, Azad Livan Dövlətinin və sonrakı Cənubi Livan təhlükəsizlik kəməri administrasiyasına əsas iqtisadi sabitliyi təmin etmişdir.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Canlı Naxışlar (1987)
Canlı konsert (albom)
İbarət Əkbərov
Canlı Tereza (film, 1939)
Canlı Tereza (it. La Vispa Tereza) — 1939-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş qısametrajlı dramatik filmdir.
Canlı naxışlar (film, 1987)
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası — Finlandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Finlandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Henrik Dettmanndır.
Fransanın kişilərdən ibarət milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. == Tarixi == Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Kiprin kişilərdən ibarət milli basketbol komandası
Kiprin kişilərdən ibarət milli basketbol komandası — Kipri beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Kipr Basketbol Federasiyası tərəfindən idarə olunur. Komanda 2013-cü ildə Avropa basketbol çempionatının təsnifat mərhələsində iştirak etmişdir. Yığma komanda heç bir iri beynəlxalq basketbol yarışlarının iştirakçısı olmamışdır.
Latviyanın kişilərdən ibarət milli basketbol komandası
Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir. == Tarixi == Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur. 1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası — Macarıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. == Tarixi == Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur, 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər. Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur. Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası — Monteneqronu beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Monteneqro Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Boqdan Tanyeviçdir.